Ödənişlərdə NFC və tokenizasiya istiqaməti inkişaf etdirilir - AMB

Ödənişlərdə NFC və tokenizasiya istiqaməti inkişaf etdirilir - AMB

BANK
257

Ani ödənişlər sistemində (AÖS) NFC (Near Field Communication – Yaxın Sahə Rabitəsi) texnologiyasının tətbiqi və tokenizasiya istiqaməti gündəmdədir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktor müavini Ramil Mahmudov Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.

O bildirib ki, NFC texnologiyasının tətbiqi və “Apple Pay” kimi həllərin genişlənməsindən sonra QR əsaslı P2P köçürmələr müəyyən hallarda daha az effektiv görünməyə başlayıb.

R.Mahmudovun sözlərinə görə, beynəlxalq təcrübədə ani ödənişlər sistemlərinə NFC, Bluetooth və token əsaslı həllərin inteqrasiyası mövcuddur, lakin smartfon istehsalçılarının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən bu model hələ tam qlobal səviyyədə yayılmayıb.

AMB rəsmisi qeyd edib ki, bu istiqamət qurumun fəaliyyət planında yer alır.

Onun sözlərinə görə, əsas məqsəd istifadəçilərin ödəniş prosesini daha rahat və sürətli etməklə, “Apple Pay” səviyyəsində istifadə təcrübəsini ani ödənişlər sisteminə inteqrasiya etməkdir.

R.Mahmudov əlavə edib ki, bu istiqamətdə Mərkəzi Bankın UX/UI komandası da aktiv şəkildə fəaliyyət göstərir.

O bildirib ki, hazırda əsas prioritet infrastrukturun qurulmasıdır və müəyyən bazar penetrasiyasına nail olunduqdan sonra NFC texnologiyası və tokenizasiya həllərinin tətbiqi mümkün olacaq.

AMB rəsmisinin sözlərinə görə, gələcək mərhələdə həm Banklararası Kart Mərkəzi (BKM), həm də ani ödənişlər sistemi üzərindən bu texnologiyaların tətbiqi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ödənişlərdə NFC və tokenizasiya istiqaməti inkişaf etdirilir - AMB — Fins.az — Fins.az