
Ödəniş kartı ilə internetdə “online” alış-veriş etdikdə neçə faiz xidmət haqqı tutulur ?
Karantin müddətində online alış-veriş,onlayn sifarişlər, birbaşa onlayn ödənişlər aktuallaşıb.Bu prosesdə vətəndaşların bir çoxunu online alış-veriş zamanı tutulan xidmət haqqının çox olması yaxud müəyyən faizin tutulması narahat edir
Fins.az ayrı-ayrı vətəndaşları maraqlandıran ödəniş kartı ilə internetdə “online” alış-veriş etdikdə neçə faiz xidmət haqqı tutulur ? sualına aydınlıq gətirir
İlk növbədə onu qeyd etmək lazımdır ki, internetdə alış-veriş edərkən sizdən xidmət haqqı tutulmur. Lakin, burada da müəyyən istisnalar var əgər sizin ödəniş kartınızdakı vəsaitin valyutası və “online” alış-veriş etdiyiniz valyuta fərqlidirsə sizdən əlavə konvertasiya haqqı tutula bilər. Məsələn, Sizin ödəniş kartınızda olan pul vəsaiti dollardadırsa və Sizdən elektron ticarəti avro ilə aparmaq tələb edilirsə bu halda hesabınızdakı dollar avroya konvertasiya (ölkədaxili banklar tərəfindən konvertasiya haqqı 0,4-0,5%-dir) olunduqdan sonra əməliyyat həyata keçirilir.
Müəllif: Aynur Qəniyeva