
Norveç faiz endirdi
Pul siyasətilə iqtisadiyyata dəstək verən mərkəzi banklar "karvanına" Norveç Mərkəzi Bankı da qoşuldu. Marja xəbər verir ki, növbədənkənar yığıncaqda yekdilliklə faiz endirimi qərarı verilib.
Norveç Mərkəzi Bankı əsas faizi 0,50 bənd azaldaraq 1% səviyyəsinə salıb.
Bankın açıqlamasında, "Bank prosesləri yaxından izləyir və daha çox faiz endirimlərinə hazırdır" deyilir.
İqtisadçılar bildirirlər ki, daha aşağı faiz nisbəti koronavirus epidemiyasının Norveç iqtisadiyyatı üzərində güclü bir təsiri olmasının önünə keçə bilməz. Ancaq geriləməni azalda bilər, iqtisadi artım və məşğulluq üzərində daha qalıcı bir təsir riskini yüngülləşdirə bilər.
© Marja