Neftin qiyməti aşağı düşüb, Brent markalı neftin bir bareli 66,1 dollar olub

Neftin qiyməti aşağı düşüb, Brent markalı neftin bir bareli 66,1 dollar olub

BANK
509

Çərşənbə günü axşam bəzi OPEC+ ölkələrinin hasilatı artırmağa çalışdığına dair fərziyyələr nəticəsində neft qiymətləri kəskin ucuzlaşıb.

Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 17:54-ə olan vəziyyətə görə 1,34 dollar (1,99%) ucuzlaşaraq bir barel üçün 66,10 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) iyun ayı üçün WTI neftinin fyuçersləri 1,14 dollar (1,79%) ucuzlaşaraq 62,53 dollar/barelə bərabər olub.

Reuters məlumatlı mənbələrə istinadən xəbər verir ki, bir sıra OPEC+ ölkələri alyans daxilində kvotalara əməl olunması ilə bağlı mübahisələrin kəskinləşməsi fonunda iyun ayında neft hasilatının artımını sürətləndirməyi təklif etməyə hazırlaşır.

OPEC+ ölkələri iyunun hasilat planlarını müzakirə etmək üçün mayın 5-də bir araya gələcək. Mənbələr bildiriblər ki, bəzi alyans üzvləri hasilatı may ayı ilə eyni miqdarda və ya gündəlik 411 min barel artırmaq istəyirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neftin qiyməti aşağı düşüb, Brent markalı neftin bir bareli 66,1 dollar olub — Fins.az — Fins.az