Naxçıvanda kredit qoyuluşları, əmanətlər və nağdsız ödənişlər artıb

Naxçıvanda kredit qoyuluşları, əmanətlər və nağdsız ödənişlər artıb

BANK
238

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında bank və bank olmayan kredit təşkilatları tərəfindən iqtisadiyyata yönəldilən kreditlərin ümumi həcmi 491,1 milyon manat olub.

Fins.az-ın məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 81,1 milyon manat və ya 19,8 faiz artım deməkdir.

Statistikaya əsasən, kredit portfelində əsas pay istehlak kreditlərinin üzərinə düşür. Hesabat ilində bu kateqoriya üzrə kreditlərin həcmi 329,4 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 19,4 milyon manat və ya 6,3 faiz çoxdur.

Bununla yanaşı, ən yüksək artım biznes kreditlərində qeydə alınıb. Belə ki, 2024-cü ildə 73,3 milyon manat olan biznes kreditləri 2025-ci ildə 132,1 milyon manata qədər yüksəlib.

İpoteka kreditləri üzrə qoyuluşlar 10,1 milyon manat səviyyəsində olub və bu istiqamətdə 552 min manat və ya 5,8 faiz artım müşahidə edilib. Kənd təsərrüfatına yönəldilən kreditlərin həcmi isə 19,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,2 milyon manat və ya 13 faiz artım deməkdir.

2026-cı il 1 yanvar tarixinə muxtar respublika əhalisinin banklardakı əmanətləri milli valyuta ekvivalentində 38,3 milyon manata çatıb. Bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 12,8 milyon manat və ya 50,1 faiz artıb.

Eyni zamanda, nağdsız ödənişlər üzrə də müsbət dinamika qeydə alınıb. 2025-ci ildə bu ödənişlərin ümumi həcmi 1 milyard 227,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 200,9 milyon manat və ya 19,6 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda kredit qoyuluşları, əmanətlər və nağdsız ödənişlər artıb — Fins.az — Fins.az