Naxçıvanda banklarda əmanətlərin həcmi 51%-dən çox artıb

Naxçıvanda banklarda əmanətlərin həcmi 51%-dən çox artıb

BANK
392

2025-ci il mayın 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasındakı banklarda əmanətlərin həcmi 29,5 milyon manata çatıb.

Bu barədə Finss.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 51,6 % artım olduğunu göstərir. Əmanətlərin 93,4 %-i milli valyutada, 6,6 %-i isə xarici valyutada yerləşdirilib.

Son 1 ildə milli valyutada olan əmanətlər 48,6 %, xarici valyutada yerləşdirilən əmanətlər isə 2,1 dəfə artıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda banklarda əmanətlərin həcmi 51%-dən çox artıb — Fins.az — Fins.az