
Nağdsız ödənişlərə üstünlük verənlər üçün yeni imkanlar
Fins.az - Xalq Bank ASC müştərilərinə gündəlik maliyyə əməliyyatlarından əlavə fayda əldə etmək imkanı yaradan XalqKart CASHBACK məhsulunu təqdim edir.
Bankın məlumatına görə, XalqKart CASHBACK hər yerdə həyata keçirilən nağdsız ödənişlər üzrə kəşbək qazandıran ödəniş kartıdır. Kart sahibləri alış-veriş və müxtəlif xidmətlər üzrə ödənişlərini nağdsız şəkildə həyata keçirməklə 2%-dək kəşbək əldə edə bilərlər.
Məhsulun üstünlüklərindən biri də hesabda saxlanılan vəsaitdən əlavə gəlir əldə etmək imkanıdır. Belə ki, AZN valyutalı kartlar üzrə hesab qalığına illik 8% gəlir hesablanır. Bununla yanaşı, istifadəçilər vəsaitlərini komissiyasız nağdlaşdırmaq imkanından da yararlana bilirlər.
3 illik müddətə təqdim olunan XalqKart CASHBACK müştərilər üçün pulsuz rəsmiləşdirilir. Kart həm funksionallığı, həm də dizaynı ilə seçilir və istifadəçilərə iki fərqli rəng seçimi təqdim olunur.
Bank hesab edir ki, nağdsız ödənişlərin genişlənməsi fonunda kəşbək və əlavə gəlir imkanları təqdim edən məhsullar müştərilərin gündəlik maliyyə idarəçiliyində daha səmərəli həllərə çevrilir.