
N. Xasıyev:Kapital Bank, kiçik və orta sahibkarlar üçün “İşinizin bir parçasıyıq” adlı layihəyə start verib
"Kapital Bank, kiçik və orta sahibkarlar üçün “İşinizin bir parçasıyıq” adlı layihəyə start verib"
Fins.az xəbər verir ki, bunu Kapital Bank-ın Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nəsimi Xasıyev deyib
O bildirib ki, layihə çərçivəsində bankda kiçik və orta sahibkarlıq seqmentinə xidmət göstərmək üçün yeni departament yaradılmış və işçi heyəti sürəltə böyüməkdə davam edir.
Bank rəsmisi "Əlavə olaraq, bankımızda kiçik və orta sahibkarlara xidmət göstərilməsi üçün korporativ filiallar, 8 biznes mərkəzi və hər bir sahibkara individual yanaşmanı özündə ehtiva edən fərdi müştəri meneceri xidməti yaradılıb."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva