
“Morgan Stanley” bankından nikbin PROQNOZ
Əgər koronavirus pandemiyasının ən pik nöqtəsi hələ qabaqdadırsa, birjalardakı vəziyyət get-gedə yaxşılaşmağa başlayır.
Bu barədə “Morgan Stanley” bankının investisiya direktoru Mayk Uilson bildirib.
“Keçən ay aktivlərin məcburi satılması prosesinin yavaşlamasını, eyni zamanda monetar və fiskal müdaxilələrlə birlikdə 2011-ci ildən bəri gördüyümüz cəlbedici kotirovkaları nəzərə alsaq, ən pis dövrün (“Ayı bazarı” nın) gedirə olduğunu söyləyə bilərik.
İnvestisiya direktorunun sözlərinə görə, bazarların çökməsi adətən tənəzzül ilə nəticələnir, onunla başlamır. Hal-hazırda risk və qiymətli kağızların gəlirliliyi nisbəti son illərlə müqayisədə daha cəlbedicidir, deyə Uilson bildirir.
“Tunelin sonunda işıq görünsə də, bu hələ də ən uzun tuneldir”, – “UniCredit” bankının iqtisadçısı Erik Nilsen söyləyir.
(c)Banker