Milli valyutada kreditlər 10% artıb

Milli valyutada kreditlər 10% artıb

BANK
346

2026-cı ilin martın 1-nə Azərbaycan kredit təşkilatlarının cəmi kredit qoyuluşları 32,002 milyard manat təşkil edib, onların 562 milyon manatı vaxtı keçmiş kreditlərdir.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, cəmi kredit qoyuluşlarının 27,7 milyard manatını milli valyutada kreditlər təşkil edib, bunların 462,5 milyon manatı ödəmə müddətini keçib.

Eyni dövrdə xarici valyutada verilmiş kreditlərin həcmi 4,332 milyard manat olub, onların 99,5 milyon manatı vaxtı keçmiş kreditlər kateqoriyasına daxildir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin martın 1-nə milli valyutada kreditlər 2,615 milyard manat və ya 10,4% artıb, xarici valyutada kreditlər isə 15,8 milyon manat və ya 0,4% azalıb.

Hesabat dövründə milli valyutadakı kreditlərin 4,458 milyard manatı qısamüddətli, 23,213 milyard manatı isə uzunmüddətli kreditlərdən ibarət olub. Xarici valyutada isə qısamüddətli kreditlərin həcmi 1,315 milyard manat, uzunmüddətli kreditlərin həcmi 3,017 milyard manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Milli valyutada kreditlər 10% artıb — Fins.az — Fins.az