
Mərkəzi Bankla TSEV arasında əməkdaşlığa dair razılıq əldə olunub
Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılıq əldə olunub.
Fins.az xəbər verir ki, razılığa əsasən bu təlimlər proqramı vasitəsilə aktuar ixtisası da daxil olmaqla prioritet istiqamətlər müəyyən edilərək sığorta sahəsində çalışan kadrların nəzəri bilik və bacarıqlarının artırılması, həmçinin praktiki vərdişlərin inkişaf etdirilməsi qarşıya hədəf kimi qoyulub.
Qeyd edək ki,təlimlər sığorta sektoru ilə yanaşı digər qurumlarda çalışan oxşar bilik və bacarıqların tələb olunduğu kadrları, habelə minimum tələblərə cavab verən şəxsləri də əhatə edəcək.
Müəllif: Aynur Qəniyeva