Mərkəzi Bankın qısamüddətli notları yerləşdirilməsi üzrə hərrac keçirilib-NƏTİCƏSİ

Mərkəzi Bankın qısamüddətli notları yerləşdirilməsi üzrə hərrac keçirilib-NƏTİCƏSİ

BANK
402

Bakı, 02 dekabr Fins.az

 2 dekabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50100886S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti intervalı 99.4974 (6.49%) və  99.5351 (6.01%) olan 30 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 728,739,200.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351  (6.01%), orta ölçülmüş qiyməti is 99.5351 (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 30.12.2020-ci ildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankın qısamüddətli notları yerləşdirilməsi üzrə hərrac keçirilib-NƏTİCƏSİ — Fins.az — Fins.az