
Mərkəzi Bankın cəlb etdiyi vəsaitin 950 mln qalığı
2020-ci il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) depozit əməliyyatları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitin qalığı 950 mln. manat təşkil edir.
“2019-cu ildə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 53 depozit hərracı, notların yerləşdirilməsi üzrə 55 hərrac keçirib. Depozit əməliyyatları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 950 mln. manat olub”, - AMB-nin 2019-cu il üzrə Pul siyasəti icmalında qeyd olunur.
2019-cu ilin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 250 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 700 mln. manat təşkil edib. “Depozit əməliyyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28, 84, 168 və 252 gün müddətinə yerləşdirilib”, - AMB-dən vurğulanır.