Mərkəzi Bankdan sərt qərar: Elektron pul təşkilatı və rəhbəri cərimələndi

Mərkəzi Bankdan sərt qərar: Elektron pul təşkilatı və rəhbəri cərimələndi

BANK
350

Azərbaycan Mərkəzi Bankı (AMB) “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Fins.az AMB-yə istiandən xəbər verir ki, 01.09.2025–17.10.2025-ci il tarixlərində “A-Solutions Elektron Pul Təşkilatı” MMC-də aparılan yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Aşkarlanmış pozuntularla əlaqədar olaraq təşkilat İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.4-cü maddələrinə əsasən hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunub. Təşkilatın vəzifəli şəxsinə isə 10 000 manat məbləğində inzibati cərimə tətbiq edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankdan sərt qərar: Elektron pul təşkilatı və rəhbəri cərimələndi — Fins.az — Fins.az