Mərkəzi Bankdan manatın ucuzlaşması ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankdan manatın ucuzlaşması ilə bağlı AÇIQLAMA

BANK
2,589

Bakı, 12 yanvar Fins.az

Son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndiirib. 

Fins.az xəbər verir ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir etmişdir. Lakin, neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır.

Mərkəzi Bank açıqlamasında "Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək" - deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankdan manatın ucuzlaşması ilə bağlı AÇIQLAMA — Fins.az — Fins.az