Mərkəzi Bank süni intellekt üçün yeni strateji mərhələyə keçir

Mərkəzi Bank süni intellekt üçün yeni strateji mərhələyə keçir

BANK
138

Mərkəzi Bank olaraq 2026-cı ilə qədər “Data Lakehouse” sisteminə keçid və Data İdarəçiliyi (Data Governance) layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Data Departamenti, Məlumat mühəndisliyi şöbəsinin rəhbəri Mahir Quluzadə Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə bildirib.

O qeyd edib ki, hazırda bu istiqamətdə intensiv işlər aparılır və əsas məqsəd müasir data infrastrukturunun qurulmasıdır.

M.Quluzadə korporativ mühitdə süni intellekt layihələrinin uğuru üçün məlumat idarəçiliyinin həlledici rol oynadığını vurğulayıb.

Onun sözlərinə görə, bir çox süni intellekt məhsulları real iş mühitinə inteqrasiya edilə bilmir və bunun əsas səbəbi AI üçün tam hazır data infrastrukturunun olmamasıdır.

Şöbə rəhbəri bildirib ki, mövcud Data Warehouse və Data Lakehouse sistemləri təkbaşına kifayət etmir və süni intellekt üçün əlavə interpretasiya qatının olması vacibdir.

O vurğulayıb ki, analitik sistemlərdə olduğu kimi, burada da “semantik kontekst təbəqəsi”nin qurulması mühüm şərtdir.

Mahir Quluzadə maliyyə sektorunda həm strukturlu, həm də struktursuz məlumatların mövcud olduğunu qeyd edib və bu məlumatların vahid platformada toplanması üçün Data Lakehouse həllərinin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, süni intellektin effektiv tətbiqi üçün ən əsas element güclü Data Governance sistemidir.

M.Quluzadə bildirib ki, data lineage və data keyfiyyəti kimi komponentlər məlumatların mənbəyinin izlənməsi və düzgünlüyünün təmin edilməsi baxımından AI üçün kritik rol oynayır.

O əlavə edib ki, ontologiyaların hazırlanması və knowledge graph əsaslı sistemlərin qurulması da bu istiqamətdə mühüm çağırışlardan biridir.

Mərkəzi Bank rəsmisi qeyd edib ki, 2026-cı ilə qədər Data Lakehouse sisteminə keçid və Data Governance layihələrinin tamamlanması əsas strateji hədəflərdəndir.

Onun sözlərinə görə, bu infrastruktur üzərində ML-Ops sistemlərinin qurulması da prioritet istiqamətlərdən biridir və bu istiqamətdə ayrıca strategiya hazırlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank süni intellekt üçün yeni strateji mərhələyə keçir — Fins.az — Fins.az