Mərkəzi Bank sədri milli valyutanın məzənnəsinin qorunması və valyuta bazarıyla bağlı açıqlama verdi

Mərkəzi Bank sədri milli valyutanın məzənnəsinin qorunması və valyuta bazarıyla bağlı açıqlama verdi

BANK
807

 "Biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik"

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

Baş bankir "Biz milli valyutamızın məzənnəsinin qorunması istiqamətində işlərimizi davam etdirəcəyik. OPEC+ danışıqlarının uğurla nəticələnməsi hesab edirəm ki, həm bizim ticarət və tədiyə balansımız üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarımızın proqnozlaşdırılması üçün yaxşı xəbərdir. Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik."-deyə qeyd edib

Müəllif;Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank sədri milli valyutanın məzənnəsinin qorunması və valyuta bazarıyla bağlı açıqlama verdi — Fins.az — Fins.az