Mərkəzi Bank sabah növbəti dəfə uçot dərəcəsini artıra bilər

Mərkəzi Bank sabah növbəti dəfə uçot dərəcəsini artıra bilər

BANK
1,621

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank 2023-cü ilin ilk üç iclasında uçot faiz dərəcəsini artırıb və ilin əvvəlindəki 8.25%-dən 9.00%-ə çatdırıb.

Xatırladaq ki, mayın 3-də Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9%-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank sabah növbəti dəfə uçot dərəcəsini artıra bilər — Fins.az — Fins.az