Mərkəzi Bank QMAMTYM ilə gələcək əməkdaşlığı gücləndirəcək – Əliyar Məmmədyarov

Mərkəzi Bank QMAMTYM ilə gələcək əməkdaşlığı gücləndirəcək – Əliyar Məmmədyarov

BANK
592

Fins.az - Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzinin (QMAMTYM) direktoru Holger Florkemayer ilə görüşüb.

Görüşdə AMB və QMAMTYM arasındakı mövcud əməkdaşlıq və gələcək inkişaf perspektivləri, QMAMTYM tərəfindən göstərilən texniki yardım proqramları və onların təklif etdiyi imkanlar müzakirə olunub.

Qeyd edilib ki, QMAMTYM Beynəlxalq Valyuta Fondu (BVF), üzv ölkələr və inkişaf tərəfdaşları arasında əməkdaşlıq çərçivəsində yaradılmış texniki yardım mərkəzidir. Təşkilat regionda güclü siyasət çərçivələrinin və institutların formalaşdırılmasına dəstək, inküziv iqtisadi artım mənbələrinin müəyyən edilməsi və regionun iqtisadi potensialının artırılması istiqamətində fəaliyyət göstərir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank QMAMTYM ilə gələcək əməkdaşlığı gücləndirəcək – Əliyar Məmmədyarov — Fins.az — Fins.az