Mərkəzi Bank növbəti iki ayda xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcək-PROQNOZ

Mərkəzi Bank növbəti iki ayda xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcək-PROQNOZ

BANK
1,065

Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumatda bildirilir ki, ilin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır.

Bundan əlavə, 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır.

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank növbəti iki ayda xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcək-PROQNOZ — Fins.az — Fins.az