
Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Qoşqar Kredit İttifaqı" tam ortaqlığının lisenziyası ləğv olunub.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 42-dən 41-ə düşüb.
Xatırladaq ki, "Qoşqar Kredit İttifaqı" 2005-ci ildə, Gəncə şəhərində yaradılıb. Onun nizamnamə kapitalı 4 000 manatdır.
(c)Report