Mərkəzi Bank faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİR?

Mərkəzi Bank faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİR?

BANK
662

Martın 19-da Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ikinci iclası keçiriləcək. İclasda faiz dəhlizinin parametrlərinə dair qərarlar veriləcək. 

Fins.az xəbər verir ki, 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilmiş və bütün iclaslarında faizlərin endirilməsinə qərar verilmişdi. 31 Yanvarda keçirilmiş 2020-ci ilin ilk iclasında da Mərkəzi Bank faiz endirmişdi. 

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında 7,75%-ə, Dekabr ayında 7,50%-ə, 2020-ci ilin Yanvar ayında isə 7.25%-ə salındı. 

İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda (4±2%) qaldığından Martın 19-da da faiz endirəcəyi ehtimalı yüksəkdir. Əgər bu dəfə də faizdə 0,25 baza bəndi azaltma olarsa uçot dərəcəsi 7%-ə düşəcəkdir.  

"Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar makroiqtisadi fundamentalların dinamikasından və inflyasiya risklərinin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir",-  Mərkəzi Bank sonuncu iclasından sonra yaydığı bəyanatda bildirmişdi.

Koronavirusun yaratdığı çətinlikləri azaltmaq üçün mərkəzi banklar faiz endirirlər. 

Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan neft ölkəsi olduğundan qiymətlərin düşməsi bazarda xarici valyutaya tələbin artması ilə müşaiyət olunur. Mərkəzi Bank vəziyyəti sabitləşdirmə tədbirləri çərçivəsində faiz endirimlərinə fasilə də verə bilər.

AZƏRBAYCAN PREZİDENTİ FAİZLƏRİN AŞAĞI DÜŞMƏSİNİ İSTƏYİR

Yanvarın 13-də, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti faizlərin aşağı salınmasını istədiyinə işarə etmişdi. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİR? — Fins.az — Fins.az