Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib

Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib

BANK
630

Azərbaycan Mərkəzi Bankı bu gün növbəti depozit hərracında 100 mln. manat cəlb edib. Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb

“Mərkəzi Bank fevralın 24-də keçirilən hərracda 100 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 602,9 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 5,51% təşkil edib”, - deyə məlumatda bildirilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib — Fins.az — Fins.az