
Mərkəzi Bank Azərbaycanda kartlarla aparılan əməliyyatların həcmini açıqlayıb- MƏBLƏĞ
2019-cu ilin dekabr ayına olan statistik göstəricilərə görə Azərbaycanda 7266 min ədəd ödəniş kartı var.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
Ödəniş kartlarında 2383 min ədədi sosial kartlar, 2316 mini əməkhaqqı kartları , 1769 mini digər, 797 min ədədi isə kredit kartlarıdır.
Mövcud debet və kredit kartları vasitəsi ilə 18427 min əməliyyat aparılıb. Aparılan əməliyyatların həcmi isə 2765 mln manat təşkil edib