Mərkəzi Bank ABB-yə 236 mln. ABŞ dolları həcmində vəsait satıb

Mərkəzi Bank ABB-yə 236 mln. ABŞ dolları həcmində vəsait satıb

BANK
1,038

Hökumət və Mərkəzi Bankın idarəetmə orqanları ilə birlikdə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunmuşdur. Əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın xarici valyuta ehtiyatlarından istifadə etməklə banka 236 mln. ABŞ dolları həcmində vəsait satılıb.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumat üçün qeyd edək ki, cari ildə Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 mln. ABŞ dolları həcmində artıb.

İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank ABB-yə 236 mln. ABŞ dolları həcmində vəsait satıb — Fins.az — Fins.az