
"Matercard" rəhbərindən təmassız ödənişlər və kart ödənişləri barədə AÇIQLAMA
Təmassız ödənişlər zamanı həmin şans on qat artır. Kampaniya başlayadan bəri kart əməliyyatlarında 40%, təmassız əməliyyatlarda isə 70% artım qeydə alınıb
Fins.az xəbər verir ki, bu barədə Mastercard Azərbaycanın rəhbəri Ərdəm Çakar məkumat verib
O, bildirib ki, bu o deməkdir ki, insanlar nağd puldan yayınırlar və faydalarını gördükdən sonra daha etibarlı və təhlükəsiz ödəniş metodlarından istifadə edirlər. Lüks avtomobil uduşu üçün iyun ayının sonunda baş tutacaq ilk püşkatmaya yaxınlaşdıqca bu rəqəmlərin daha sürətlə artacağını gözləyirik.
Daha sonra “Təmassız ödənişlərin sürətli, sadə və etibarlı olduğunu hamımız bilirik. İndi bu üçlüyə başqa faydalar da əlavə etmişik. Biz, Mastercard olaraq olaraq hökumətin Azərbaycanda daha şəffaf və daha güclü iqtisadiyyat üçün nağdsız cəmiyyətin qurulmasında rəqəmsal ödənişlərin “Nağdsız Azərbaycan” layihəsi vasitəsilə artırılmasına göstərdiyi səylərini dəstəkləməkdən məmnunuq,”- deyə Mastercard ölkə ofisinin rəhbəri Ərdəm Çakar bildirib.
Müəllif: Aynur Qəniyeva