Manatın nominal və real effektiv məzənnəsi azalıb

Manatın nominal və real effektiv məzənnəsi azalıb

BANK
265

2026-cı ilin martın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 101,8 faiz bəndi təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq ifadədə 0,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 faiz bəndi azalma deməkdir.

Eyni zamanda, manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 172,9 faiz bənd səviyyəsində olub. Bu, aylıq müqayisədə 1 faiz bənd artım, illik müqayisədə isə 7,9 faiz bənd azalma deməkdir.

Hesabat dövründə manatın ümumi real effektiv məzənnəsi 115,8 faiz bənd təşkil edib ki, bu da aylıq müqayisədə 1 faiz bənd, illik müqayisədə isə 8,8 faiz bənd azalma göstərir.

Bundan əlavə, manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 111,2 faiz bənd olub. Bu göstərici aylıq ifadədə 1,1 faiz bənd azalma, illik müqayisədə isə 7,8 faiz bənd azalma deməkdir.

Analitiklər bildirirlər ki, nominal və real effektiv məzənnələrdəki dəyişikliklər manatın xarici valyutalara qarşı dayanıqlığını, eləcə də qeyri-neft sektorunun valyuta bazarında mövqeyini əks etdirir. Bu, həmçinin ölkənin makroiqtisadi göstəricilərinə və idxal-ixrac əməliyyatlarına təsir göstərən əsas göstəricilərdən biridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Manatın nominal və real effektiv məzənnəsi azalıb — Fins.az — Fins.az