Kredit ödənişləri üçün yeni rəqəmsal imkanlar

Kredit ödənişləri üçün yeni rəqəmsal imkanlar

BANK
275

Fins.azAzərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərinə həm ABB-yə, həm də müxtəlif qurumlara məxsus kredit ödənişlərini ABB mobile, ATM və ödəniş terminalları vasitəsilə rahat şəkildə həyata keçirmək imkanı təqdim edir.

Bankın məlumatına görə, müştərilər ABB mobile tətbiqi vasitəsilə kredit ödənişlərini bir neçə addımda icra edə bilərlər. Bunun üçün istifadəçi əvvəlcə tətbiqə daxil olaraq kartın üzərindən və ya "+" işarəsindən ödənişlər bölməsinə keçməli, daha sonra "Kredit" bölməsində kreditin aid olduğu şirkəti və ya "ABB Bank/TamKart kredit" xidmətini seçməlidir. Son mərhələdə tələb olunan məlumatlar daxil edilərək ödəniş təsdiqlənir.

ABB kredit ödənişlərinin ABB mobile tətbiqində "ABB Bank/TamKart kredit" bölməsi vasitəsilə onlayn şəkildə həyata keçirilməsinin mümkün olduğunu bildirir.

Bundan əlavə, müştərilər kredit ödənişlərini ABB-nin Cash-in ATM-ləri vasitəsilə də həyata keçirə bilərlər. Bankın məlumatına görə, bu zaman filial, müraciət tarixi və saatı, əməliyyat növü seçilir, daha sonra OTP kodu ilə qeydiyyat tamamlanır.

Kredit ödənişlərini MilliÖn və E-manat terminalları vasitəsilə də etmək mümkündür. Bunun üçün terminallarda "Bank xidmətləri" bölməsinə daxil olaraq ABB seçilir və ödəniş həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kredit ödənişləri üçün yeni rəqəmsal imkanlar — Fins.az — Fins.az