
Kartsız pul köçürməsi və nağdlaşdırma xidməti genişlənir
Fins.az – "Bank of Baku" ASC-nin təqdim etdiyi "Cash by Code" xidməti vasitəsilə bank kartı olmayan şəxslər də bankomatlardan nağd pul əldə edə bilirlər.
Bankın məlumatına görə, kart sahibi internet bankçılığı üzərindən vəsaiti göndərir, sistem isə iki hissədən ibarət 6 rəqəmli şifrə yaradır. Şifrələr göndərən və qəbul edən şəxslərə SMS-lə göndərilir və vəsait alan şəxs bu kodlardan istifadə etməklə bankomatdan pulu nağd şəkildə çıxara bilir.
Xidmət üzrə komissiya yalnız göndərən tərəfdən tutulur. Gündəlik köçürmə limiti "Bank of Baku" kartları üçün 5–1000 manat, "Azerikard" və "MilliKart" kartları üçün isə 5–500 manat təşkil edir. Göndərilən məbləğ minimum 5 manat olmalı və yalnız 5-ə bölünən tam rəqəmlərdən ibarət olmalıdır.