
Kapital Bankın 1 milyondan çox müştəri təmassız ödənişlərdən istifadə edir - Cavid Mirzəyev
1 milyondan çox “Kapital Bank” müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir.
Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin Sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bank 2025-ci ildə aidiyyəti dövlət qurumları və “BakıKart” ilə əməkdaşlıq çərçivəsində oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib.
C.Mirzəyev bildirib ki, bu yenilik yalnız “Kapital Bank” müştərilərini deyil, bütövlükdə bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanları yaradır.
“Rəqəmlərlə danışsaq, müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55%-ini təşkil edir”, – deyə o əlavə edib.