Kapital Bank sosial məsuliyyət layihələrini genişləndirib - Arzu Əliyeva

Kapital Bank sosial məsuliyyət layihələrini genişləndirib - Arzu Əliyeva

BANK
277

“Kapital Bank” ötən il ərzində görülən sosial məsuliyyət layihələri barədə məlumat açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə bankın İctimaiyyətlə Əlaqələr prosesinin sahibi Arzu Əliyeva mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Kapital Bank” ötən il KSM strategiyası çərçivəsində “Arzumuz var”, “Dəyişiklik səndən başlayır”, “Birbank tələbə təqaüd proqramı” və “Spark tələbə təqaüd proqramı” kimi sosial layihələri reallaşdırıb.

Bildirilib ki, eyni zamanda Birbank tətbiqində “İşarət dili ilə videozəng xidməti” müştərilərin istifadəsinə verilib.

Arzu Əliyeva qeyd edib ki, bu ildən etibarən bankın 6 filialında da eşitmə və nitq məhdudiyyətli vətəndaşlara işarət dilində xidmət göstəriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank sosial məsuliyyət layihələrini genişləndirib - Arzu Əliyeva — Fins.az — Fins.az