Kapital Bank rəsmisindən kredit məhsulların barədə AÇIQLAMA

Kapital Bank rəsmisindən kredit məhsulların barədə AÇIQLAMA

BANK
1,052

Kapital Bank son vaxtlarda ölkədə kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində bir çox layihələrə imza atmaqda davam edir

Fins.az xəbər verir ki, bunu Kapital Bank-ın Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nəsimi Xasıyev deyib

 O bildirib ki,sahibkarların bank ehtiyaclarının qarşılanması istiqamətində biznes overdraftlar, qarantiyalar, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və bir sıra çoxçeşidli bank məhsulları təklif edir. Həmin bank məhsullarından biri də bankın öz sahibkar müştərilərinə təqdim etdiyi biznes kredit və kredit xətti məhsuludur. Kapital Bank öz daxili vəsaiti ilə yanaşı, sahibkarlara müxtəlif dövlət fondlarının vəsaitləri hesabına güzəştli şərtlərlə kredit əldə etmək imkanı verir.

Bank rəsmisi "Belə ki, sahibkarlar, qeyri-neft sektorunun, kənd təsərrüfatının və s. sahələrin inkişafına təkan verəcək layihələrinin maliyyələşdirilməsi üçün illik 5% dərəcəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti ilə kredit, illik 7% dərəcəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti ilə kredit və subsidiya, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət fondunun verdiyi zəmanət və faizlərin subsidiyası imkanlarından Kapital Bank-a müraciət edərək yararlana bilərlər. Sürətli maliyyə təhlili, peşəkar qərarvermə proseduru və çevik sənədləşmə prosesi müştərilərimizin məmnunluğuna istiqamətlənmiş üstünlüklərimizdən hesab olunur."-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank rəsmisindən kredit məhsulların barədə AÇIQLAMA — Fins.az — Fins.az