
Kapital Bank ötən il 50 milyon dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib
2025-ci ildə “Kapital Bank”a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bu gün rəhbərlik etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb. Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”la əməkdaşlıq çərçivəsində “Kapital Bank”a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
Fərid Hüseynov əlavə edib ki, ötən il bank həmçinin Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaşlıq qurub. “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayrılıb.
Məlumata görə, bu əməkdaşlıq nəticəsində “Kapital Bank”ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb.