Kapital Bank 2025-ci ili xalis mənfəətlə başa vurub - Cavid Mirzəyev

Kapital Bank 2025-ci ili xalis mənfəətlə başa vurub - Cavid Mirzəyev

BANK
348

“Kapital Bank” 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub.

Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəm ki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə – 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir.

C.Mirzəyev qeyd edib ki, aktivlərin və öhdəliklərin uğurlu idarə olunması bankın maliyyə nəticələrində birbaşa əksini tapır.

“Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır”, – deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank 2025-ci ili xalis mənfəətlə başa vurub - Cavid Mirzəyev — Fins.az — Fins.az