İsveçrədə inflyasiya son 29 ilin ən yüksək həddinə çatıb

İsveçrədə inflyasiya son 29 ilin ən yüksək həddinə çatıb

BANK
934

İsveçrədə inflyasiya iyunda son 30 ilin ən yüksək səviyyəsinə çatıb
"Fins.az" xəbər verir ki, inflyasiya may ayında 2,9 %-dən iyunda 3,4 %-ə yüksələrək İsveçrə Milli Bankının 2 faizlik hədəfini keçib.

Aİ-yə uyğun inflyasiya isə 3,2 faiz təşkil edib.Bank Rusiyanın Ukraynaya təcavüzünün inflyasiyanın sürətlənməsinə ən böyük amil olduğunu bəyan edib.Artan inflyasiya təzyiqləri səbəbindən İsveçrə Milli Bankı iki həftə əvvəl faiz dərəcələrini təəccüblü şəkildə mənfi 0,25 faizə qaldırmışdı. Prezident Tomas Jordan inflyasiya təzyiqlərinin yüksək olaraq qaldığını və lazım gələrsə, daha bir faiz artımının ola biləcəyini bildirib.

Bankın bu il üçün inflyasiya proqnozu 2,8%, gələn il üçün 1,9%, 2024-cü il üçün isə 1,6% təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçrədə inflyasiya son 29 ilin ən yüksək həddinə çatıb — Fins.az — Fins.az