İsveçin Klarna şirkəti 3-cü rübdə gəlirlərini proqnozlardan 26% çox artırıb

İsveçin Klarna şirkəti 3-cü rübdə gəlirlərini proqnozlardan 26% çox artırıb

BANK
236

Finss.az xəbər verir ki, İsveçin Klarna fintech şirkəti 2025-ci ilin üçüncü rübündə xalis zərərlə üzləşib. Şirkətin açıqlamasına görə, iyul-sentyabr aylarında xalis zərəri 95 milyon dollar olub. Bu, bir il əvvəlki eyni dövrdəki 4 milyon dollarlıq zərərlə müqayisədə xeyli yüksəkdir.

Buna baxmayaraq, Klarna-nın gəliri 26% artaraq 903 milyon dollar təşkil edib və Bloomberg analitiklərinin 885 milyon dollar proqnozunu üstələyib. Qeyd edilir ki, bu, şirkətin sentyabr ayında IPO-dan sonrakı ilk maliyyə hesabatıdır.

Şirkət tərəfindən yayımlanan məlumat investorlar və maliyyə bazarı iştirakçıları üçün önəmli göstəricidir, çünki gəlir artımı xərclərə baxmayaraq biznesin davamlılıq potensialını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçin Klarna şirkəti 3-cü rübdə gəlirlərini proqnozlardan 26% çox artırıb — Fins.az — Fins.az