İrlandiyadan Azərbaycana pul köçürmələri 47% artıb

İrlandiyadan Azərbaycana pul köçürmələri 47% artıb

BANK
393

2025-ci ildə İrlandiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,986 milyon ABŞ dolları təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 5,1 milyon dollar və ya 47,2% artım deməkdir. Hesabat dövründə İrlandiyanın Azərbaycana yönələn ümumi pul köçürmələrində payı 1,4% olub.

Hesabat ilində Azərbaycandan İrlandiyaya fiziki şəxslərin göndərdiyi pul köçürmələri isə 2,622 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 1,253 milyon dollar və ya 1,9 dəfə artım deməkdir. Azərbaycanın xaricə göndərilən ümumi pul köçürmələrində İrlandiyanın payı 0,5% olub.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları olub və bu göstərici 2024-cü ilə nisbətən 21,6 milyon dollar və ya 4,1% azalma göstərir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 94,1 milyon dollar və ya 8,7% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İrlandiyadan Azərbaycana pul köçürmələri 47% artıb — Fins.az — Fins.az