İranın Azərbaycana yatırdığı sərmayələrdə cüzi artım qeydə alınıb

İranın Azərbaycana yatırdığı sərmayələrdə cüzi artım qeydə alınıb

BANK
294

2025-ci ildə İran-ın Azərbaycana birbaşa investisiyalarının həcmi 375,315 milyon ABŞ dolları təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 3,828 milyon dollar və ya 1% artıb.

Məlumata əsasən, hesabat ilində İranın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi birbaşa xarici investisiyalar içində payı 5,7% təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə İranın Azərbaycana qoyduğu birbaşa investisiyaların həcmi 371,487 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu isə 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat dövründə Azərbaycandan xarici ölkə iqtisadiyyatlarına yönəldilən birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İranın Azərbaycana yatırdığı sərmayələrdə cüzi artım qeydə alınıb — Fins.az — Fins.az