İrandan Azərbaycana birbaşa xarici investisiyalar 375,3 milyon dollar olub

İrandan Azərbaycana birbaşa xarici investisiyalar 375,3 milyon dollar olub

BANK
287

2025-ci ildə İran İslam Respublikasından Azərbaycana birbaşa xarici investisiyaların həcmi 375,315 milyon ABŞ dolları təşkil edib.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3,8 milyon dollar və ya 1% artım deməkdir.

Hesabat ilində İrandan Azərbaycana yatırılan investisiyaların payı birbaşa xarici investisiyaların ümumi həcmində 5,7% təşkil edib. Dövr ərzində Azərbaycandan İrana birbaşa xarici investisiya yatırımı qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İrandan Azərbaycana birbaşa xarici investisiyalar 375,3 milyon dollar olub — Fins.az — Fins.az