İpoteka və Kredit Zəmanət Fondunun gəlirləri və mənfəəti azalıb

İpoteka və Kredit Zəmanət Fondunun gəlirləri və mənfəəti azalıb

BANK
957

İpoteka və Kredit Zəmanət Fondu 2019-cu ilin 18 milyon 695 min manat xalis mənfəət ilə başa vurub.

Fins.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə İKZF-nin xalis mənfəəti 801 min manat və 4,1% azalıb

Fondun faiz gəlirləri 2018-ci ildəki təxminən 48 milyon manatdan ötən il 45 milyon manata geriləyib. Ötən il Fondun faiz xərcləri artaraq 17 milyon 414 min manatdan 18 milyon 825 min manata yüksəlib.

2018-ci ilin sonunda Fondun ipoteka kreditləri portfeli 886 milyon 489 min manat ikən 2019-cu ilin sonunda 998  milyon 158 min manat təşkil edib (111 milyon 669 min manat ).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İpoteka və Kredit Zəmanət Fondunun gəlirləri və mənfəəti azalıb — Fins.az — Fins.az