İnternet bankçılığı gündəlik maliyyə əməliyyatlarını sürətləndirir

İnternet bankçılığı gündəlik maliyyə əməliyyatlarını sürətləndirir

BANK
327

Fins.az“Bank of Baku” ASC müştərilərinə internet bankçılıq xidmətini təqdim etdiyini açıqlayıb.

Bank bildirib ki, xidmət vasitəsilə müştərilər cari hesab, kart, əmanət və kredit hesablarını onlayn idarə edə, ödənişlər həyata keçirə, kartdan karta və bank hesabları arasında pul köçürmələri edə, həmçinin hesabları üzrə əməliyyat tarixçəsini izləyə bilərlər.

Məlumata görə, internet bankçılığına bankın filiallarında və ya 145 Məlumat Mərkəzi vasitəsilə qoşulmaq mümkündür. Bank əlavə edib ki, tam istifadə hüququna malik müştərilər kartın bloklanması, əmanətin artırılması, avtomatik ödənişlər və beynəlxalq pul köçürmələri də daxil olmaqla geniş onlayn bank xidmətlərindən yararlana bilirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnternet bankçılığı gündəlik maliyyə əməliyyatlarını sürətləndirir — Fins.az — Fins.az