ING Group Azərbaycanda inflyasiya üzrə yeni proqnozlarını açıqlayıb

ING Group Azərbaycanda inflyasiya üzrə yeni proqnozlarını açıqlayıb

BANK
205

Niderlandın “ING Group” bank qrupunun qiymətləndirmələrinə əsasən, Azərbaycanda inflyasiya 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,4% və 5,2% səviyyəsində gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə bank qrupu məlumat yayıb.

Qurumun proqnozuna görə, 2026-cı ildə inflyasiya rüblər üzrə fərqli dinamika göstərəcək. Belə ki, 1-ci rübdə 5,7%, 2-ci rübdə 5,5%, 3 və 4-cü rüblərdə isə 5,2% səviyyəsində olacağı gözlənilir.

Eyni zamanda 2027-ci il üzrə rüblük proqnozlara əsasən, inflyasiya 1-ci rübdə 5%, 2 və 3-cü rüblərdə 5,3%, 4-cü rübdə isə 5,4% səviyyəsində formalaşacaq.

ING Group-un bundan əvvəlki qiymətləndirmələri ilə müqayisədə Azərbaycanda inflyasiya gözləntilərində artım qeydə alınıb. Belə ki, əvvəlki proqnozlara əsasən 2026 və 2027-ci illərdə inflyasiya müvafiq olaraq 5,2% və 5,1% səviyyəsində gözlənilirdi. Bu isə 2026-cı il üzrə 0,2 faiz bəndi, 2027-ci il üzrə isə 0,1 faiz bəndi artım deməkdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının may proqnozlarına əsasən, ölkədə inflyasiyanın 2026 və 2027-ci illərdə hədəf diapazonunda (4±2%) qalacağı və müvafiq olaraq 5.9% və 4.5% səviyyəsində formalaşacağı proqnozlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ING Group Azərbaycanda inflyasiya üzrə yeni proqnozlarını açıqlayıb — Fins.az — Fins.az