IMF Azərbaycanın daxil olduğu region üzrə proqnozunu açıqladı

IMF Azərbaycanın daxil olduğu region üzrə proqnozunu açıqladı

BANK
1,974

Bu il Qafqaz və Mərkəzi Asiya (CCA) regionu ölkələrinin iqtisadiyyatının 3,7 %, 2022-ci ildə isə 4,1 % böyüyəcəyi proqnozlaşdırılır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) CCA regionu üçün açıqladığı “Regional Economic Outlook” hesabatının aprel sayında deyilir.

Hesabata görə, adıçəkilən regionun ÜDM-i 2020-ci ildə 1,9 %-i azalıb.

“CCA regionunda 2021-ci il üçün inflyasiya 6,9 %, 2022-ci ildə isə 6,2 % təşkil edəcəyini proqnozlaşdırırıq. Adıçəkilən regionun neft-qaz ixracatçısı olan ölkələrin ÜDM-i bu il 3,7 %, 2022-ci ildə isə 4 % artacaq. Onların qeyri-neft sektoru üzrə ÜDM-i 2021-ci ildə 3,5 %, 2022-ci ildə isə 4 % yüksələcək.

Həmin qrup ölkələrdə istehlakçı qiymətlərinin isə müvafiq olaraq 7,1 % və 6,5 % təşkil edəcəyini düşünürük”, - hesabatda deyilir.

Qeyd edək ki, CCA regionuna Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. CCA regionunun neft ixracatçıları isə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistandır.

Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
IMF Azərbaycanın daxil olduğu region üzrə proqnozunu açıqladı — Fins.az — Fins.az