
Hong Kong-un maliyyə tənzimləyicisi Goldman Sachs -ı 350 milyon dollar cərimələyib
Hong Kongun maliyyə tənzimləyicisi olan Qiymətli Kağızlar və Fyuçers Komissiyası, 1MDB-nin istiqraz buraxılışlarında tənzimləmə problemləri olduğu səbəbiylə Goldman Sachs-ı cərimələyib.
Fins.az xəbər verir ki, Qiymətli Kağızlar və Fyuçersler Komissiyası (SFC), 1MDB-nin istiqraz buraxılışlarında ciddi tənzimləmə problemlərinin olduğu səbəbi ilə Goldman Sachs-a 350 milyon dollar cərimə kəsib.
Açıqlamada "Goldman Sachs Asia şirkətinin işçiləri gündəlik əməliyyatlardakı qüsurlu tətbiqetmələri izləmək və aşkar etmək üçün kifayət qədər nəzarət təmin etmədilər və 1MDB-nin istiqraz buraxılışlarının diqqətlə araşdırılmadan və qənaətbəxş cavablar verilmədən davam etməsinə icazə verildi" deyilir.
SFC CEO-su Ashley Alder, Goldman Sachs-ın 1MDB istiqraz buraxılışı ilə əlaqəli bir sıra şübhəli işlərlə lazımınca məşğul olmadığını vurğulayıb.
Müəllif: Aynur Qəniyeva