
Hollandiya Mərkəzi Bankı araşdırmaya başlayır-TARİXİNDƏ İLK DƏFƏ
Hollandiya Mərkəzi Bankı köləlik ilə əlaqəli tarixi əlaqələri araşdıracaq
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,Hollandiya Mərkəzi Bankı, Britaniya Mərkəzi Bankından sonra köləlik ilə əlaqəli tarixi əlaqələri araşdırmaq üçün layihəyə start verib.
Hollandiya Mərkəzi Bankı köləlik ilə əlaqəli tarixi əlaqələri araşdıracaq və bununla da bütün dünyada irqçiliyi qınayan qurumlardan birinə çevriləcək.
Bankın sözçüsü Bouke Bergsma elektron poçtla verdiyi açıqlamada Amsterdamda fəaliyyət göstərən tənzimləyicinin araşdırmanı aparmaq üçün müstəqil bir tərəf təyin edəcəyini açıqladı. Tədqiqat, bankın 2 əsrdən çox tarixinin ilk illərinə və bu dövrdəki vəzifəli şəxslərə yönəldiləcəkdir.