
Hər 10 nəfərdən 3-ünün kreditə və ya borc pula ehtiyacı var - ARAŞDIRMA
1242 respondent arasında apardığı sorğuda məluma olub ki, Bakı şəhərdində hər 10 nəfərdən 3-ünün kreditə və ya borc pula ehtiyacı var.
Fins.az xəbər verir ki, bu barədə Business Insight -ın araşdırma hesabatında məlumat verilir
Bildilir ki, ümumilikdə istehlak kreditlərinə ehtiyac daha çox müşahidə olunsa da ayrılıqda götürdükdə biznes kreditlərinə ehtiyacın da kifayət qədər olduğu açıq-aşkar görünür.
Qeyd edilir ki, kreditə ehtiyacı olan hər 10 nəfərdən dördü biznes üçün borclanmaya getməyi daha məqbul hesab edir.
Hesabatda həmçinin "borca ehtiyacın əsasən 1000 – 5000 Manat arasında olduğu müşahidə olunsa da, orta məbləğ 9000 manat təşkil edir"deyə bildilir.
Müəllif; Aynur Qəniyeva
