"Hansısa xarici vətəndaşın pulu verilmir - yaxşı hal deyil, ölkənin imici üçün problemdir"

"Hansısa xarici vətəndaşın pulu verilmir - yaxşı hal deyil, ölkənin imici üçün problemdir"

BANK
780

Hansısa xarici vətəndaşın pulu verilmir - yaxşı hal deyil, ölkənin imici üçün problemdir.

Fins.az  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə,Azərbaycanda zəif bank bəzən açıq, bəzən də gizli yollarla yüksək faizlə əmanətlər cəlb edir və bazarda faizləri qaldırmaqla digər banklar üçün pis nümunə olur."Məsələn, "Atabank"da bir xarici vətəndaş əmanət yerləşdirib, o tez-tez pulu almaq üçün ölkəyə gəlir, mediaya çıxır, o cümlədən sosial mediada bu barədə yazır, məhkəmə ilə hədələyib.

Elman Rüstəmov həmçinin bu halların ölkənin imicinə mənfi təsir etdiyini bildirərək "Təbii ki, sağlam iqtisadiyyatı olan Azərbaycan üçün belə bir reputasiya - hansısa xarici vətəndaşın pulu verilmir - yaxşı hal deyil, ölkənin imici üçün problemdir. Odur ki, qəti şəkildə tapşırıq verilib ki, bu kimi hallar aradan qaldırılsın. Bunu daha tez etmək olardı, amma problemlər yığılıb-qalıb və bunları biz bu gün həll edirik" -deyə vurğulayıb 

(c)report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Hansısa xarici vətəndaşın pulu verilmir - yaxşı hal deyil, ölkənin imici üçün problemdir" — Fins.az — Fins.az