
Foreks bazarında dollar UCUZLAŞIR
Dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, digər maliyyə aktivlərinin dəyər qazanmasına səbəb olur. Beynəlxalq valyuta birjalarında məzənnələrin dolların tendensiyasından asılı olaraq dalğalandığının şahidi oluruq.
Beləliklə, avro (1.0848$) və funt sterlinqin (1.2478$) də qiymətlərində bahalaşma davam edir. Enerji birjalarında da neft (20.73$) və qazın (1.94$) qiymətində məhdud olsa da bahalaşma müşahidə edilir.
Kriptovalyuta birjalarında da Bitkoin (7890$), Laytkoin (46$), Etereum (202$), Riplin 0.21$) qiymətlərində dəyər qazanma davam edir.