Fiziki qızıl almadan qazanc imkanı: yeni investisiya aləti

Fiziki qızıl almadan qazanc imkanı: yeni investisiya aləti

BANK
363

Fins.az“Xalq Bank” ASC müştərilərinə fiziki qiymətli metal almadan qızıl, gümüş, platin və palladium üzrə investisiya imkanı yaradan qiymətli metal hesabı xidmətini təqdim edir.

Bankın məlumatına görə, qiymətli metal hesabı vasitəsilə müştərilər qiymətli metalları nağdsız formada əldə edib hesabda saxlaya bilərlər. Hesab qalığı qram və ya troy unsiyası ilə göstərilir.

Bildirilib ki, hesabın açılması üçün komissiya tutulmur, minimal qalıq tələb edilmir və hesaba faiz hesablanmır. Hesaba ilkin mədaxil üzrə minimum tələb bir alqı-satqı əməliyyatında 1 troy unsiya təşkil edir.

Bank qeyd edir ki, qiymətli metal hesabı müştərilərə dünya bazarındakı dəyişikliklərdən yararlanaraq gəlir əldə etmək, həmçinin valyuta risklərindən qorunmaq imkanı verir. Nağdsız qiymətli metal hesabı üzrə ƏDV tətbiq olunmadığı üçün bu xidmət fiziki qiymətli metal alışına alternativ hesab olunur.

Qiymətli metal hesabı açmaq istəyən şəxslər Xalq Bankın filiallarına müraciət edə bilərlər. Hesab vasitəsilə qızıl, gümüş, platin və palladium üzrə alqı-satqı əməliyyatları həyata keçirmək mümkündür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fiziki qızıl almadan qazanc imkanı: yeni investisiya aləti — Fins.az — Fins.az