Fintex şirkətləri bankların rəqibi deyil, innovativ tərəfdaşlarıdır - Edqar Abdullayev

Fintex şirkətləri bankların rəqibi deyil, innovativ tərəfdaşlarıdır - Edqar Abdullayev

BANK
290

Fins.az - Fintex-bank əməkdaşlığı Azərbaycanın rəqəmsal maliyyə sektorunun inkişafında əsas rol oynayır. Dayanıqlı maliyyə ekosisteminin formalaşması üçün innovativ tərəfdaşlığın gücləndirilməsi və bazarın bütün iştirakçıları arasında sıx əməkdaşlıq vacib şərtdir.

Bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AzFina-nın İdarə Heyətinin sədri Edqar Abdullayev deyib.

O, bildirib ki, fintex şirkətləri bankların rəqibi deyil, onların innovativ tərəfdaşlarıdır və Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin gələcək inkişafı bu əməkdaşlığın gücləndirilməsindən asılıdır:

"Azərbaycan artıq yalnız beynəlxalq tədbirlərin keçirildiyi platforma kimi deyil, həm də maliyyə texnologiyaları, rəqəmsal ödənişlər və innovativ maliyyə həlləri istiqamətində regional gündəliyi müəyyənləşdirən əsas oyunçulardan biri kimi çıxış edir."

E.Abdullayev qeyd edib ki, hazırda əsas prioritet təkcə rəqəmsallaşma prosesi deyil:

"Məqsəd banklar, fintex təşkilatları, tənzimləyici qurumlar və ekosistemin bütün iştirakçıları arasında güclü əməkdaşlıq mühitinin yaradılması, innovasiyaların təhlükəsizlik və etibarlılıq prinsipləri ilə uzlaşdırılması, eləcə də vətəndaşların daha əlçatan, sürətli və dayanıqlı maliyyə xidmətləri ilə təmin edilməsidir."

AzFina-nın İdarə Heyətinin sədri vurğulayıb ki, fintex şirkətlərini bankların rəqibi kimi qiymətləndirmək düzgün yanaşma deyil:

"Biz, fintex şirkətləri, bankların innovativ tərəfdaşlarıyıq. Güclü bank sektoru olmadan güclü fintex ekosistemi formalaşdırmaq mümkün deyil. Eyni zamanda, innovativ fintex şirkətləri olmadan bank sektorunun uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək çətin olacaq. Azərbaycanın uğuru birbaşa bu tərəfdaşlığın güclənməsi ilə bağlıdır və sağlam rəqabət, eləcə də güclü qarşılıqlı fəaliyyət maliyyə sektorunun dayanıqlı inkişafının əsas şərtlərindən biridir."

E.Abdullayev əlavə edib ki, Azərbaycan artıq rəqəmsal maliyyə ekosistemini formalaşdıran iştirakçılardan birinə çevrilib. O bildirib ki, bu nəticə dövlətin uzaqgörən iqtisadi siyasətinin və innovasiyalara verilən dəstəyin məntiqi nəticəsidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fintex şirkətləri bankların rəqibi deyil, innovativ tərəfdaşlarıdır - Edqar Abdullayev — Fins.az — Fins.az